Mikayıl Cabbarov Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olub - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olub.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Gəncədə sahibkarlarla görüşdən sonra dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin sərəncamı ilə inşa edilən Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olduq.
Belə müasir idman infrastrukturunun mövcudluğu idmançıları ilə məşhur olan Gəncədə komanda və fərdi idman növlərinin gələcək inkişafına böyük təkan verəcək. Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən bütün idmançılarımıza uğurlar arzulayıram", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir - YENİLƏNİB + FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “LinkedIn” şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Alle...