Maliyyə naziri: "Manatın məzənnəsinin sabit qalmasında maraqlıyıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Maliyyə Nazirliyi manatın məzənəsinin sabit qalmasında maraqlıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında nazir Samir Şərifov bildirib.
"Bunun üçün Azərbaycan Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edirik", - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, dünyada karbohidrogen qiymətlərinin yüksək olması səbəbi ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulandan xeyli çoxdur. Buna görə də büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadə nəzərdə tutulmur.
"Azərbaycanda fiskal dayanıqlılığın təmin edilməsi ilk növbədə qeyri-neft baza kəsrinin ilbəil azaldılması yolu ilə təmin edilə bilər. Digər yol isə Dövlət Neft Fondunun gəlirlərinin sabitliyini qorumaqdır", - deyə S.Şərifov əlavə edib.
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...