Kriptovalyuta bazarında kəskin ENİŞ - Bitkoin 20 faizdən çox dəyər itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Kriptovalyuta bazarında ciddi eniş müşahidə olunur.
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, Bitcoin avqust ayında 123 min dollarla ən yüksək qiymətinə çatdıqdan sonra təxminən 43% ucuzlaşaraq hazırda 70 604 dollardan ticarət olunur. Son 7 gündə isə kriptovalyutanın qiyməti 20%-dən çox düşüb.
Ən böyük ikinci kriptovalyuta Ethereum isə 7 gündə 29% düşərək 2 096 dollara qədər geriləyib. Solana da 26% dəyər itirərək 91 dollara düşüb.
Düşüşün əsas səbəbi ABŞ Maliyyə Naziri Skott Bessentin verdiyi açıqlama olub. O, kriptovalyuta almaq səlahiyyətinin olmadığını deyib. Bu açıqlama investorların gözləntilərini dəyişdirib və kriptovalyutaların dəyərinin kəskin azalmasına səbəb olub.
Bütün bu dəyişikliklərlə kripto bazarının ümumi dəyəri 2,4 trilyon dollara düşüb, yəni təxminən 6,9% azalıb.
Oxşar xəbərlər
Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?
2027-ci ildə Azərbaycanda dövlət investisiya xərclərinin təxminən iki dəfə artırılaraq 5.3 milyard manata çatdırılması nəzərdə tutulur. Büdcə vəsaitinin bu isti...