İpoteka və Kredit Zəmanət Fondu sabiq nazirdən dörd avtomobil alacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İpoteka və Kredit Zəmanət Fondu "Improtex Motors" şirkətindən dörd avtomobil alacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 360 min manat məbləğində olan satınalma müqaviləsi noyabrın 24-də tərəflər arasında bağlanılıb.
Şərtlərə görə, fondun alacağı avtomobillərin üçü komfort, biri isə biznes sinfinə daxil olacaq. "Improtex Motors" MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir.
MMC-nin qanuni təmsilçisi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.
Oxşar xəbərlər
Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib
Yeddi "OPEC+" ölkəsi dekabrda neft hasilatı kvotasının əvvəlki səviyyədə saxlanılması barədə razılığa gəlib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...