Hesablama Palatası: İKZF-də güzəştli ipoteka və subsidiyalar üzrə audit qərarları icra olunub
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda (İKZF) vəsaitlərin formalaşdırılması və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi üzrə qəbul edilmiş qərarların icra vəziyyəti açıqlanıb.
BAKU.WS bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə Fonda ayrılan vəsaitin bir hissəsinin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) üçün nəzərdə tutulmasına baxmayaraq, tam istifadə edilmədiyi, uzun müddət Fondun hesabında qaldığı və digər aktivlərə yönəldildiyi müəyyən edilib. Bu amil nəzərə alınaraq, növbəti illərdə həmin məqsədlə ayrılacaq vəsaitlərin proqnozlaşdırılması zamanı ilin sonuna qalan məbləğin nəzərə alınması üçün Maliyyə Nazirliyinə müraciət olunub və audit qərarının icrası təmin edilib.
Bununla yanaşı, dövlət büdcəsindən sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsaitin müvafiq qaydalara uyğun olaraq 3 il müddətinə öhdəlik kimi qəbul edilməsi, habelə qalıq vəsaitin Fondun likvid aktivlərində saxlanılması nəzərə alınmaqla, gələcək illər üzrə vəsaitlərin proqnozlaşdırılmasında sərbəst qalıq vəsait kimi tanınan büdcə vəsaitinin nəzərə alınması məqsədilə Maliyyə Nazirliyinə müraciət edildiyi bildirilib. Bu qərarın da icra olunduğu qeyd edilib.
Hesabatda həmçinin audit çərçivəsində hesabat ilinin sonuna ləğv edilmiş bankda depozitə yerləşdirilmiş 5 milyon 220 min 138,89 manat vəsait üzrə 3 milyon 120 min 138,89 manat məbləğində öhdəliklərin icrasının nəzərə alındığı vurğulanıb.
Eyni zamanda, həmin banka qarşı mövcud olan 2,1 milyon manat məbləğində tələbin qalığı üzrə öhdəliklərin icrasının qismən təmin edildiyi və prosesin hazırda davam etdiyi qeyd olunub.
Audit qərarlarının icrası üzrə bu istiqamətdə tədbirlərin izlənilməsinin davam etdirildiyi bildirilib.
Oxşar xəbərlər
"OPEC+" ölkələri dekabrda neft hasilatını gündəlik 197 min barel azaldıb
Neft hasilatının azaldılması sazişində iştirak edən "OPEC+" ölkələri 2025-ci ilin dekabrında hasilatı gündəlik 197 min barel azaldıb. BAKU.WS "Report"a istinadə...