Gələn il Azərbaycanda ÜDM 4,5 faiz artacaq - Dünya Bankı
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu barədə Dünya Bankının (WB) yaydığı məlumatda deyilir.
"COVID-19" peyvəndinin buraxılması üçün ilkin səylərin il ərzində geniş miqyas alması şərti ilə, 2021-ci ildə dünya iqtisadiyyatının 4 faiz artacağı gözlənilir" - sənəddə deyilir.
Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.
Həmçinin qeyd olunur ki, azad edilmiş ərazilərə sərmayə qoyuluşu da iqtisadiyyatın inkişafına gətirib çıxaracaq.
Oxşar xəbərlər
Yeni il üçün XOŞ PROQNOZLAR - İş yerləri açılacaq, bahalaşma olmayacaq və …
2021-ci il inflyasiya səviyyəsinin tənzimlənməsi ili olacaq. İnflyasiya səviyyəsinin gələn il bir rəqəmli olması gözlənilir. Bu barədə iqtisadçı ekspert, Millət...