Gələn il qrantlara 400 milyondan çox vəsait ayrılacaq
11
noy
2019
12:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn ilin dövlət büdcəsində “Qrantlar və digər ödənişlər” bölməsinə 409,4 mln. manat məbləğində vəsait nəzərdə tutulub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.Bu, cəmi büdcə xərclərinin 1,5%-ə bərabərdir. Bölmə üzrə vəsaitin 96,9%-i isə rezidentlərə, 3,1%-i qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlərin payına düşür.Hesablama Palatası nəzərə çatdırıb ki, qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlərə proqnozlaşdırılmış 12,6 mln. manat məbləğində vəsaitin 95,2%-i “Ümumi dövlət xidmətləri” bölməsindən xarici dövlətlərə verilən qrantların və digər ödənişlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyinə ayrılıb. Qeyri-rezidentlərə nəzərdə tutulmuş cəmi vəsaitin 4,8%-i də həmin Maliyyə Nazirliyinə beynəlxalq təşkilatlara qrantların verilməsi üçün “İqtisadi fəaliyyət” bölməsində nəzərdə tutulub.Rezidentlərə qrantlar və digər ödənişlərlə bağlı vəsaitin 394,1 mln. manatı Naxçıvan Muxtar Respublikasına dotasiya və yerli büdcələrə verilən dotasiya və subvensiya üzrə, 2,7 mln. manat məbləğində vəsait isə tam məbləğdə “Təhsil” bölməsində təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər çərçivəsində proqnozlaşdırılıb.
Oxşar xəbərlər
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
Azərbaycanda gələn il üçün orta aylıq pensiya məbləği açıqlanıb.BAKU.WS “APA-Economics”' istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “Sosial təminatı və...