"Fitch" SOCAR-ın 2022-2023-cü illərdə hasilatın artacağını proqnozlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) hasilatı 4 %, 2023-cü ildə isə 5 % artıracağı proqnozlaşdırılır.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Dövlət Neft Şirkətinin reytinqlərinin təsdiqi ilə bağlı məlumatında deyilib.
“Bu, əsasən təbii qaz hasilatının artması hesabına baş verəcək və bundan sonra da sabit qalacaq”, - “Fitch” hesab edib.
Agentlik xatırladıb ki, SOCAR 2021-ci ildə qaz və maye hasilatında analoji artımla neft və qaz hasilatını 7 % artıraraq sutkada 282 min barel neft ekvivalentinə çatdırıb: “Bu, Azərbaycanda neft hasilatının 1 %, qaz hasilatının isə 23 % artması ilə bağlıdır.
Neftlə müqayisədə daha yüksək qaz hasilatı əsasən “Şahdəniz-2” yatağında 2018-ci ildə hasilata başlanması və sonrakı əlavə istehsalat sahələrinin artırılması ilə bağlıdır”.
“Fitch” “Brent” markalı neftin 2022-ci ildə 100 dollar/barel, 2023-cü ildə 85 dollar, 2024-cü ildə 65 dollar, sonrakı illərdə isə 53 dollar/barel olacağını proqnozlaşdırır.
Oxşar xəbərlər
Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
Bu gün martın 15-də xarici valyuta satan bankların sayı 29-a çatıb. BAKU.WS-in məlumatına görə, fins.az-ın araşdırması göstərdi ki, bu gün dolları 19 bank limi...