"Equinor" şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR və “Equinor” şirkətləri əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq sazişi imzaladılar.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, martın 30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşini qəbul edib.
Görüşdə “Qarabağ” yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunub, yeni istiqamətlərdə, o cümlədən sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
19 mart 2020-ci il tarixində tərəflər uğurlu qazma əməliyyatı nəticəsində Azərbaycanda 60 milyon ton neft ehtiyatına malik olan yeni “Qarabağ” yatağının kəşf olunmasını elan ediblər. “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilən ilk neft yatağıdır. Görüşdə “Equinor Apsheron AS” şirkəti əldə olunmuş uğurlu nəticəyə əsasən “Qarabağ” yatağının işlənməsində öz davamlı iştirakını təsdiq edib.
Qalereya
Oxşar xəbərlər
SOCAR Azərbaycana milyardlar qazandıracaq mənbə tapdı
SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 km şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsd...