Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan baş naziri Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi-ticari, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika, rəqəmsal transformasiya və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun əhəmiyyətinə toxunularaq tədbirdə aparılan müzakirələrin və imzalanan sənədlərin üç ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Oxşar xəbərlər
İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır - FOTO
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqti...