Dünyada neft ehtiyatı ən çox olan ölkələr - SİYAHI

19
sen
2019
13:15
Rusiyanın neft ehtiyatları 1 trilyon dollar və ya 74,5 trilyon rubla bərabərdir. BAKU.WS RBK-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qurum Rusiyanın təbii sərvətlərinin bütün ehtiyatlarının qiymətləndirilməsini aparıb. Onların ümumi dəyəri 2018-ci ilin sonuna olan vəziyyətə görə 93,4 trilyon rubla çatıb ki, bu da 2017-ci illə müqayisədə 69,2 faiz artım deməkdir. Faydalı qazıntı ehtiyatlarının böyük hissəsini neft təşkil edir. Qeyd edək ki, neftlə ən zəngin ölkələrin siyahısı açıqlanıb. Siyahıda Azərbaycanla qonşu ölkələrdən bir neçəsinin adına rast gəlmək mümkündür. Reytinqə daxil olan ölkələrin göstəricisi belədir: Venesuela - 300,9 mlrd. barrelSəudiyyə Ərəbistanı - 266,5 mlrd. barrelKanada - 169,7 mlrd. barrelİran - 158,4 mlrd. barrelİraq - 142,5 mlrd. barrelKüveyt - 101,5 mlrd. barrelBƏƏ - 97,8 mlrd. barrelRusiya - 80 mlrd. barrelLiviya - 48,4 mlrd. barrelNigeriya - 37,1 mlrd. barrelQazaxıstan - 30 mlrd. barrelQətər - 25,2 mlrd barrelBraziliya - 12,7 mlrd barrel.Xatırladaq ki, ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.

Oxşar xəbərlər
Azərbaycan qaz ixracını artırıb
2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb.SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, rüb ərzində ölkədə 9 mlrd. kub.m-dən çox təbii qaz hasil ed...