Dünya şöhrətli iş adamından gənc sahibkarlara tövsiyyə

Dünya şöhrətli iş adamından gənc sahibkarlara tövsiyyə
İqtisadiyyat 45

"Starbucks"ın həmtəsisçilərindən biri Zev Siegl "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində gənc sahibkarla tövsiyə verib.

BAKU.WS xəbər verir ki, o, bildirib ki, bu gün gənc sahibkarlar müəyyən problemləri var:

"Bu mənim qəzetdən oxuduğum bir şey deyil, gündəlik təcrübəmdə rast gəldiyim məsələdir. İlk öncə gənc sahibkarlar maliyyə proqramını düzgün aparmalıdır. Onlar bilməlidir ki, bu maliyə əməliyatı onlara xeyir gətirəcək ya yox.

Misal üçün mən onlarla görüşən zaman deyirəm ki gələn il üçün maliyə proqramınızı gətirin, izah edin.

Onlar çox vaxt deyir ki, "mən rəqəmlərlə işləyən mütəxəssis deyiləm, mən idea adamıyam".

Zev Siegl iş qurmaq istəyən gənclərə ilk növbədə rəqəmlərdən başı çıxan dost tapmağı məsləhət görür:

"Mən onlara deyirəm ki gələn dəfə görüşə gələndə öz maliyə mütəxəsinizi gətirin. Onların çoxu aradan çıxır".

Xatırladaq ki, PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Banu Hüseynli

Son xəbərlər