Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinə yeni müşavir təyin olunub
01
iyl
2024
20:47
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinə yeni müşavir təyin olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Səməd Sahibzadə gətirilib.
Qeyd edək ki, S.Sahibzadə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Respublikasında Dövlət İdarəetməsi (MPA) ixtisası üzrə magistr təhsili alıb. 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük məsləhətçi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda - "Kia Sportage" - 7200 AZN - QİYMƏTLƏR
20 iyun 2023-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 31 nəqliyyat vasitəsi çıxarılıb. Hərrac...