Dövlət büdcəsinin gəlirləri 4 il ərzində 9,3 faiz artacaq
22
okt
2023
23:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 37 071 100 min manata çatacaq.
Bu barədə BAKU.WS-ə Maliyyə Nazirliyindən xəbər verilib.
Bu, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri ilə müqayisədə 3 180 600 min manat, yaxud 9,3 faiz çoxdur.
Dövlət büdcəsinin 2027-ci ildə xərclərinin isə 39 660 910 min manata çatacağı proqnozlaşdırılır. Bu, 2023-cü il dövlət büdcəsinin xərcləri ilə müqayisədə 3 036 110 min manat, yaxud 8,3 faiz çoxdur.
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...