Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ekspo Mərkəzində təşkil edilən "4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi" çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qurumun tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyevin sədrlik etdiyi iclasda aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Tədbirdə işçi qrupun ilk iclasından ötən dövr ərzində ölkədə 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi, həmçinin Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.
İclasda, həmçinin Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında qeyd olunmuş aidiyyəti müddəalardan irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək tədbirlər müzakirə olunub, rəy və təkliflər dinlənilib.
Sonra İşçi qrupun üzvləri "4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi"ndə nümayiş olunan yeni texnologiyalarla tanış olublar.
Məlumat üçün bildirək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...