Dollar üçün marja ləğv edilir, banklar məzənnəni özləri müəyyənləşdirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.
"APA-Economics"in əldə etdiyi məlumata görə, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq".
Bankirlər isə "APA-Economics"ə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.
Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.
BAKU.WS
Oxşar xəbərlər
Daha bir neft ölkəsi milli valyutasını devalvasiya edib
Nigeriya Mərkəzi Bankı üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. "APA-Economics" xəbər verir ki, bu qərardan sonra milli valyuta olan nayra 24% ucu...