İctimai iaşə sektoru mənfəət vergisindən azad edildi

İctimai iaşə sektoru mənfəət vergisindən azad edildi
İqtisadiyyat 194

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi nəzərdə tutulur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramında öz əksini tapıb.

Xatırladaq ki, illik dövriyyəsi 200 min manat və əməkdaşlarının sayı 10 nəfərdən çox olmayan müəssisə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Sadələşdirilmiş vergi bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.

Mənfəət vergisinin dərəcəsi isə 20% təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əhaliyə böyük güzəşt - ƏDV ləğv edildi

Əhaliyə böyük güzəşt - ƏDV ləğv edildi

Azərbaycanda pandemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin müvəqqəti tutulm...

13413 İqtisadiyyat 13:21 01 aprel 2020

Son xəbərlər