Bu vaxtadək 22,9 min fərdi sahibkara maliyyə dəstəyi göstərilib
Yeniliklərdən dərhal xəbərdar olun
İndiyədək 22 min 949 fərdi sahibkara maliyyə dəstəyi göstərilib.
BAKU.WS xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesinin uğurla getdiyini, prosesin onlayn keçirildiyini bildirən nazir qeyd edib: “İzahedici videoçarxlar, “Qaynar xətt” fəaliyyət göstərir. Bu günə olan rəqəmlər bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib.
Oxşar xəbərlər
Nazirlik ödəmələrlə bağlı xəbərdarlıq yaydı - VİDEO
Aprelin 16-na muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 15.511 vergi ödəyicisi və ma...