Bu şəxslərə güzəştli kredit verilir - Sənədi olmasa belə...
Yeniliklərdən dərhal xəbərdar olun
Sahibkarların güzəştli kredit alması asanlaşıb. Fəaliyyət göstərdiyi yerə dair sənəd göstərə bilməyən iş adamları üçün bir neçı aydır ki, güzəşt tətbiq olunub.
BAKU.WS-in məlumatına görə, onlar bunun əvəzində bildiriş forması vermək imkanı qazanıblar.
Bildiriş forması kredit tələbatı 10 min manata qədər olan və fəaliyyət yerinə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün nəzərdə tutulub.
Sahibkarlar bildiriş formasını əldə etmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostlarına müraciət etməlidir. Bildiriş forması alındıqdan sonra müvəkkil kredit təşilatına müraciət olunmalıdır. Kredit təşkilatı qərarını 10 iş günü ərzində sahibkara bildirir. Kredit təşkilatı layihəyə müsbət rəy verdiyi halda, Fonda müraciət edir.
Fond qərarını 10 iş günü ərzində kredit təşkilatına bildirir. Müsbət qərar qəbul edilərsə, kredit təşkilatı sahibkarla sənədləşmə işlərini yekunlaşdıraraq sifariş göndərir. Mənfi qərar verilərsə, kredit təşkilatı sahibkarı məlumatlandırır.
Qeyd edək ki, sifariş əsasında 3 iş günü ərzində kredit təşkilatının hesabına köçürülən vəsait kredit təşkilatı tərəfindən 5 iş günü ərzində sahibkara verilir.
Güzəştli kreditin şərtləri ilə tanış olmaq üçün BURA DAXİL OLA BİLƏRSİNİZ.
Oxşar xəbərlər
Qlobal sarsıntılar şəraitində ehtiyatlı nikbinlik: Azərbaycan iqtisadi inkişaf imkanlarını necə tapır?
Beynəlxalq təşkilatlar və ekspertlər qlobal iqtisadiyyatda kəskin yavaşlama və sonrakı dövrlərdə tədricən bərpa olacağını proqnozlaşdırırlar. Belə ki, BMT ekspe...