Bu il fiziki şəxslər Azərbaycana 318 milyon dollarlıq məhsullar idxal edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana fiziki şəxslər tərəfindən 318 498,93 min ABŞ dolları dəyərində məhsul idxal olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 69 994,65 min dollar və ya 28% çoxdur.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ölkəyə cəmi idxal əməliyyatlarının 9,42%-i məhz fiziki şəxslər tərəfindən həyata keçirilib.
Bildirək ki, hesabat dövründə fiziki şəxslər tərəfindən ixracın dəyəri isə 14 329,23 min ABŞ dolları təşkil edib ki, bu da cəmi ixracın 0,23% deməkdir. İxrac əməliyyatlarının həcmində də illik müqayisədə 2 670,99 min dollar və ya 15,7% azalma müşahidə olunub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,8% azalaraq 9 688,2 mln. ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan xarici ölkələrə 6 306,4 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 3 381,8 mln. dollar olub. Nəticədə, 2 924,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsi açıqlama yayıb
Bəzi kütləvi informasiya vasitələrində idxal əməliyyatları zamanı xarici iqtisadi ticarət iştirakçılarına Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Bakı Baş Gömrük...