Bu gündən Azərbaycana gətiriləcək vaksinlər 2 il müddətində vergidən azad olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin Azərbaycana idxalı 2 il müddətinə ƏDV-dən azad olunur.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minib.
Məcəlləyə edilmiş dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azad olunub.
Digər dəyişikliklə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materiallar əlavə dəyər vergisindən 2 il müddətinə azad olunub.
Oxşar xəbərlər
Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb
Baş Nazir Əli Əsədov “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. BAKU.WS xəbər verir ki...