"Bridge" Şirkətlər Qrupu mühüm Memoranduma imza atıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycanın İqtisadiyyat və Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.
Forumda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktay ilə yanaşı iki ölkənin hökumət nümayəndələri və fərqli sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.
Biznes forumu çərçivəsində "Bridge" Şirkətlər Qrupu və Türkiyənin "Koloğlu" Holdingin tərkib hissəsi olan "KL Yapi" şirkəti ikitərəfli əməkdaşlıq memorandumu imzalamışdır.
Sənədi "Bridge" Şirkətlər Qrupunun direktoru Fərid İskəndərov və "KL Yapı Steel Construction & Trade Co." adından Tamer Elçi imzaladılar. Memoranduma əsasən, şirkətlər inşaat və sənaye sahələrində uzunmüddətli təcrübələrindən istifadə edərək gələcək strateji əməkdaşlıq çərçivəsində atılacaq addımların ilkin təməlini qoydular.
1998-ci ildən başlayaraq “Bridge” Şirkətlər Qrupuna daxil olan şirkətlər müxtəlif sahələrdə ixtisaslaşmaqla inşaat, mühəndislik, idarəetmə, otelçilik və restoran, kənd təsərrüfatı, treydinq və digər sahələrdə zəngin iş təcrübəsində malikdilər.
Oxşar xəbərlər
Daha bir ölkənin şirkətləri azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edildi - FOTO
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Krallığın hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya,...