BP: "Şahdəniz" layihəsinə təxminən 30 milyard ABŞ dolları kapital qoyulub

2006-cı ildə hasilatın başlamasından bəri Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" yatağından təxminən 237 milyard standart kubmetr qaz hasil edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli sosial şəbəkələrdəki hesabında bildirib.
Onun sözlərinə görə, eyni dövr ərzində "Şahdəniz" yatağından 49 milyon ton (təxminən 394 milyon barel) kondensat hasil olunub:
"BP və onun tərəfdaşları indiyədək "Şahdəniz" layihəsi ilə bağlı fəaliyyətlərinə təxminən 30 milyard ABŞ dolları kapital qoyublar və bunun da böyük hissəsi "Şahdəniz-2" layihəsi ilə bağlı olub".
B. Aslanbəyl qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondu 2024-cü ilin sonuna qədər "Şahdəniz" layihəsindən 7,7 milyard ABŞ dollarından çox gəlir əldə edib.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişi (PSA) 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankının "Nağd pul ofisi" fəaliyyətini 2 günlük dayandırır
Bakıda keçiriləcək "2025 Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması...
