Bitkoin aprel ayından bəri ən aşağı səviyyəyə düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bitkoinin qiyməti qlobal makroiqtisadi qeyri-müəyyənliklər fonunda kəskin ucuzlaşıb. Kriptovalyutanın dəyəri 90 min dollar həddini aşaraq aprel ayından bəri ən aşağı səviyyəyə enib.
BAKU.WS xəbər verir ki, Coinmarketcap-in məlumatına görə, son 24 saat ərzində dünya kriptovalyuta bazarının ümumi dəyəri 4,8% azalaraq 3 trilyon 80 milyard dollara düşüb. Bazar dəyərinə görə ən böyük kriptovalyuta olan Bitkoin isə 5,9%-dən çox dəyər itirərək 89 623 dollaradək geriləyib. Bir həftəlik azalma 15,3% təşkil edir.
Qeyd edək ki, Bitkoin 2025-ci ilin aprelində ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı açıqlamalarından sonra 74 400 dollara qədər enmişdi.
Oxşar xəbərlər
Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?
2027-ci ildə Azərbaycanda dövlət investisiya xərclərinin təxminən iki dəfə artırılaraq 5.3 milyard manata çatdırılması nəzərdə tutulur. Büdcə vəsaitinin bu isti...