"Bimser"in baş direktoru: "Biz peyklərdən yığılan datanı bir araya gətirməliyik"
"Bimser"in baş direktoru Murat Atıcı "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində ölkədə müxtəlif sahələrə texnologiyaların tətbiqi istiqamətində dövlətin rolundan danışıb.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, şirkətlərin və insanların bir araya gətrilməsi istiqamətində dövlət tərəfindən addımlar atılmalıdır. Dövlət tərəfindən platforma yaradılmalıdır ki, insanlar və şirkətlər fəaliyyətdə texnologiyaların rolunun vacibliyini başa düşsün:
"Elə götürək səhiyyə və ya kənd təsərrüfatı sektorunu. Bunlar iri sektorlardır. Bilməliyik ki bu sektorlara nələr gətirə bilərik. Kənd təsərrüfatında texnologiyalardan istifadə fərqlilik yarada bilər. Hazırda fermerlər 10 il əvvəl etdiklərini edirlər. Biz bunları dəyişməliyik. Ona görə dövlət onları dəyişikliyə dəvət etməlidir".
Murat Atıcı bildirib ki, dövlət həmçinin korporativ şirkətləri dəyişikliyə cəlb etməlidir. "Biz peyklərdən, meteoroloji stansiyalardan yığılan datanı bir araya gətirməliyik. Bunun üçün müxtəlik kommunikasiyalar olmalıdır. Mənim fikrimcə dövlət platforma təminatçısı rolunu oynamalıdır-, deyə o, qeyd edib.
Xatırladaq ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Banu Hüseynli
Oxşar xəbərlər
3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb - DEPUTAT
"İstehlak kreditlərinin faizləri ilə yanaşı diqqəti çəkən digər məqam bankların ödəniş cədvəli ilə bağlıdır. Hazırda istehlak kredit portfeli 7 milyard manatdan...