Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Beynəlxalq Valyuta Fondu (IMF) cari il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb.
BAKU.WS xəbər verir ki, IMF bu ilə dair qlobal iqtisadi artım proqnozunu 3,4 faizdən 3,3 faizə endirib. Fond ticari razılaşmalar və Yaxın Şərqdəki gərginlik fonunda əvvəlki proqnoza nisbətən cari il üzrə iqtisadi artım proqnozunu bir qədər aşağı salıb. Lakin buna baxmayaraq, fond bu il dünya iqtisadiyyatının güclənəcəyini gözləyir.
IMF qlobal iqtisadi artımın 2019-cu ildəki 2,9 faizlə müqayisədə bu il 3,3 faizə yüksələcəyini nəzərdə tutur. Belə ki, qlobal iqtisadi artım 3 ildə ilk dəfə sürətlənəcək.
Fond 2021-ci ildə isə qlobal iqtisadi artımın 3,4 faizə yüksələcəyini proqnozlaşdırır.
Oxşar xəbərlər
BVF: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,4 faiz artacaq
2019-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempi 3,4 faizədək arta bilər.Fondun proqnozlarına əsasən, 2020-ci ildə ölkə iqtisadiyyatı 3,1 faiz artacaq.Beynə...
