Beynəlxalq Bankda pulu olanların nəzərinə!
Azərbaycan Beynəlxalq Bankında əmanətlərin çıxarılması ilə bağlı heç bir məhdudiyyət və ya problem yoxdur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2016-cı il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
O qeyd edib ki, bank rəhbərliyi bu məsələ ilə bağlı kifayət qədər açıqlamalar verib:
"İndi istənilən şəxs öz əmanətini bankdan götürə bilər. Amma hesab edirəm ki, bunun üçün heç bir səbəb və ya zərurət yoxdur, çünki borcun təkrar strukturlaşdırılması prosesi yalnız xarici kreditorlarla bağlıdır”.
BAKU.WS
Oxşar xəbərlər
Nazirdən gələn ilin büdcəsi il bağlı bədbin proqnoz (VİDEO)
"Bir sıra risk faktorları, o cümlədən xam neftin dünya bazarındakı qiymətinin büdcədə nəzərdə tutulan səviyyədən əhəmiyyətli aşağı düşməsi, qeyri-neft sektorund...