Banklardan yeni QADAĞA: bu kartlardan nağd pul çıxarmaq dayandırıldı
Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.
"Report”un əldə etdiyi məlumata görə, bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında atılıb.
Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyyə olunub. Bu, "Nağdsız hesablaşmalar haqqında” qanunun icrasından irəli gəlir.
Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bankları böyük təhlükə gözləyir
Banklarda müştərilərə lüzumsuz məhdudiyyətlər yaradılır və bu, bankların onsuz də gərgin vəziyyətini daha da ağırlaşdıracaq. BAKU.WS xəbər verir ki, barədə iqt...