Banklarda dollar sürətlə ucuzlaşır: alış 1,60 AZN-ə düşdü
10
apr
2017
12:00
Banklarda Dolların ucuzlaşması davam edir.
"Marja”nın məlumatına görə, bu gün Bank Respublika Dolların alışını 1.60 manata, satışını isə 1.65 manata salıb.
Ötən həftənin sonunda Bank Respublika 1 Dolları 1.61 manata alıb, 1.70 manata satırdı. Ümumiyyətlə, ötən həftə banklarda Dolların alış qiyməti 1.61 manatadək, satış qiyməti isə 1.6720 manatadək düşmüşdü.
Digər banklarda Dolların düşəcəyi gözlənilir.
Günay Bank Dolların satış qiymətini 1.6750 manatdan 1.6680 manata, Bank BTB alışı 1.64 manatdan 1.62 manata, AtaBank alışı 1.6450 manatdan 1.63 manata salıb.
BAKU.WS
Oxşar xəbərlər
Banklarda dollar ucuzlaşır
Bu gün Mərkəzi Bankda keçirilmiş hərracın nəticəsi ictimaiyyətə hələ də məlum olmasa da, bir sıra banklarda Dolların düşdüyü müşahidə olunur. Günortay yaxın Do...