Banklarda dollar qıtlığı yaranıb, bahalaşma olacaq
Səhər saatlarında "qara bazar”da dolların kursu dəyişməsə də, günortadan etibarən məzənnədə artım olacağı gözlənilir.
Bu barədə fins.az-a "qara bazar”dan bildirilib. Belə ki, bu gün keçiriləcək növbəti valyuta hərracında dolların bahalaşacağı gözlənilir. Bu da banklarla yanaşı, "qara bazar”a da təsir edəcək.
Dollar alverçilərinin sözlərinə görə, müşahidələr göstərir ki, vətəndaşların "qara bazar”a dollar təklifi azaldığı zaman valyuta hərracında dollar bahalaşır. Son bir neçə gündə də hazırda eyni vəziyyət müşahidə edilir: "Əvvəl bir nəfər "qara bazar”a 1000-5000 min dollar satırdısa, indi bu rəqəm 500 dollara qədər düşüb. Bu da onu göstərir ki, yenidən dollar qıtlığı yaranıb”.
"Qara bazar”dan bildirirlər ki, birdən-birə böyük bahalaşma gözlənilməsə də, bu gün dollar manat qarşısında bir neçə qəpik qalxa bilər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ŞOK: dollar "qara bazar"da görün necə ucuzlaşdı
Banklar ilə bərabər "qara bazar”da da Dollar ucuzlaşıb. "Marja”nın əldə etdiyi məlumata görə, bu gün səhər "qara bazar” Dolları 1.68-1.70 manata alıb, 1.77 man...