Bakının məşhur ticarət mərkəzi dəyişir - belə olacaq (FOTO)
13
dek
2018
14:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, bir müddətdir ki, Şərq bazarı yenidən qurulur. Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov görülən işlərlə bağlı “Qafqazinfo”ya bildirb ki, tikili ölkənin gözəl memarlıq abidələrindən biridir və milli üslubunun qorunması şərti ilə rekonstruksiya olunacaq:“Hazırda rekonstruksiya işlərinin layihələndirilməsi aparılır. Bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və sökülməsindən söhbət belə gedə bilməz. Sadəcə olaraq bazarın içərisində obyekt sahiblərinin düzəltdiyi arakəsmələr var idi ki, onlar sökülür. Abidə milli memarlıq üslubunun qorunması şərtilə rekonstruksiya ediləcək. Ora tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq”. Sosial şəbəkələrdə bazarın eskiz layihəsini əks etdirən fotolar yayımlanıb.BAKU.WS

Oxşar xəbərlər
Şəki şəhərinin tarixi hissəsi qorunacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev oktyabrın 31-də “Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki...