Bakıda evlər bahalaşıb

25
apr
2019
19:12
“Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var”.BAKU.WS-in məlumatına görə, bu barədə “Report”a bazarı araşdıran "MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunan aktivlikdə, həm sayda, həm də qiymətlərdə özünü göstərir”.N.İbrahimov deyib ki, ümumiyyətlə 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: “Belə ki, qiymət artımı təqribən 6-8% civarında olması gözlənilir.Ekspert həmçinin əlavə edib ki, bu il mənzil bazarında ola bilsin ki, 5-6%-lik artım olsun: “Lakin torpaq bazarında 5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında 4-5%, mənzillərin kirayəsində isə qiymət artımı 7-8% ola bilər”.O, Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: “Xaricilərin - ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur”.
Oxşar xəbərlər
Bakının mənzil bazarında bahalaşma var
2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib. BAKU.WS xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktor...