Bakıda bu mənzillərə tələb artıb - QİYMƏTLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mənzillərin qiymətində baş verən artımın həcmi açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, iyun ayında mənzil bazarında qiymət artımları davam edib.
Xüsusən qiyməti 100 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub.
Qiyməti 100 min manatadək olan mənzillərin qiymətində 7 faiz artım qeydə alınıb. 100-300 min manat qiymət aralığında təklif olunan mənzillər 4 faiz dəyər qazanıb. 300 min manatdan baha təklif edilən mənzillərin qiymətində xüsusi dəyişiklik qeydə alınmayıb.
Oxşar xəbərlər
Mərkəzi Bankdan manatla bağlı QƏRAR
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. BAKU.WS "report"a istinadən...