Bakı ilə İslamabad arasında birbaşa uçuşlara başlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən etibarən Pakistanın paytaxtı İslamabaddan Bakıya birbaşa uçuşlara başlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.
Bu münasibətlə İslamabad Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Beynəlxalq Hava Yollarının (PIA) baş icraçı direktoru Məhəmməd Əmir Həyat, PIA rəsmiləri, eləcə də birbaşa reysin ilk sərnişinləri iştirak ediblər.
Uçuşlar ilkin olaraq hər həftənin bazar ertəsi günü İslamabaddan, cümə günü isə Bakıdan həyata keçiriləcək.
Qeyd edək ki, İslamabadla yanaşı, PIA 2022-ci ilin mart ayından etibarən Pakistanın digər iki böyük şəhərindən – Karaçi (həftədə bir dəfə) və Lahordan (həftədə iki dəfə) Bakıya birbaşa uçuşlara start verib.
Oxşar xəbərlər
Azərbaycan və Pakistanın biznes qurumları əməkdaşlıq memorandumu imzalayıb
Bu gün Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Pakistanın Ticarət və Sənaye Palataları Federasiyası ilə əməkdaşlıq memorandumu imza...