Bakı bazarlarında kartof niyə bahalaşıb? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Ötən il kartofun bir kiloqramı 30-40 qəpik arasında satılırdı. Bu il isə rəqəmlər 45-60 qəpik arasında dəyişir".
BAKU.WS xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında fermer Nahidə Verdiyeva deyib.
Azərbaycanın şimal-qərbində becərilən məhsulun qiymət dəyişikliyi fermerləri qane edir. Bu artım isə suvarma suyunun azlığı ilə əlaqələndirilir.
Bakı bazarlarında vətəndaşlara təqdim olunan kartofun qiyməti alıcıları heç də qane etmir. Çünki hazırda bazarlarda Tovuz kartofu 1.20 AZN, Gədəbəy kartofu isə 1.50-1.70 AZN arasında dəyişir.
Satıcılardan biri deyir ki, əvvəlcə kartofu 0.80-0.90 AZN-ə aldıqları üçün bazarda 1-1.20 AZN arasında satılıb. Lakin indi kartofu 1-1.15 AZN-ə aldıqları üçün baha satmaq məcburiyyətindədir.
Oxşar xəbərlər
Əhaliyə şad XƏBƏR - Bəzi məhsulların qiyməti ucuzlaşacaq
Hazırda pandemiya dövrü olsa da əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatı yüksəkdir. Belə olan halda onların qiymətində artımın müşahidə edilməsi...