Bakıda nonsens - dollar ucuzlaşır, ərzaq bahalaşır

Bakıda nonsens - dollar ucuzlaşır, ərzaq bahalaşır
İqtisadiyyat 4216

 

Azərbaycanda dolların son günlər sürətlə ucuzlaşması prosesi gedir. 

BAKU.WS-in məlumatına görə, rəsmi məzənnəyə görə bir həftəyə manat dollara nisbətdə 1,92 AZN-dən 1,73 AZN-ə enib. Banklarda isə dolların məzənnəsi 1,68-1,70 AZN civarındadır. Bu gün ərzində də dolların ucuzlaşacağı gözlənilir. 

Ancaq maraqlısı ondadır ki, dolların bir neçə gün ərzində qəfil ucuzlaşması ərzaq məhsullarının qiymətinə təsir etməyib. Əldə etdiyimiz məlumata görə, mağazalarda heç bir ərzaq məhsulunun qiyməti ucuzlaşmayıb. Əksinə, bəzi məhsulların qiymətində cüzi bahalaşma müşahidə olunur. 

Mağazalara mal tədarük edən şirkətlər qiymətlərin dəyişməməsini dolların əvvəlki məzənnəsi ilə əlaqələndirirlər. Yəni, bir müddət öncə xarici ölkələrdən baha dollarla alınan məhsulları aşağı qiymətə satmaq firmalara maddi ziyan vurur. Məhz buna görə qiymətlərdə azalma müşahidə edilimir. Dollar bahalaşanda qiymətləri kəllə-çarxa qaldıran firmalar dollar ucuzlaşanda müxtəlif arqumentlər gətirərək özlərini təmizə çıxarır.

Müşahidələrimizə görə, ərzaq məhsullarının qiyməti dollar bahalaşmayacağı təqdirdə yaxın ən tez 10 gündə endirilə bilər.   

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər