Bakıda ilk dəfə “Influencer Day ” keçirildi (FOTO)

Bakıda ilk dəfə “Influencer Day ” keçirildi (FOTO)
İqtisadiyyat 1181
Dreamland Baku Golf Villas& Residences-də son zamanların trendi olan influencer marketinqinə həsr edilmiş tədbir keçirilib.BAKU.WS-in məlumatına görə, influencerlər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə inlfuencerləri cəlb etməklə ciddi uğurlar qazanırlar.Blogerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar.Regionda ilk dəfə keçirilən tədbirin əsas məqsədi brend və influencerləri bir araya gətirmək və onları əməkdaşlığa təşviq etməkdir. “Influencer Day”-də 300 nəfər iştirak etdi.
Rəsmi hissədə Sosial Era marketinqi, Keepface Influencer Marketing platforması, Influencer və data analizi haqqında maraqlı təqdimatlar edilib. Daha sonra isə qonaqlar maraqlı panel müzəkirəsinin şahidi olublar. Müzakirələr zamanı qonaqlar onları maraqlandıran sualları panel iştirakçılarına ünvanlayıblar. Tədbirin ən əhəmiyyətli hissəsi isə influencerlərin mükafatlandırılması oldu. Onlar öz influencer fəaliyyətləri və brendlərlə əməkdaşlıq haqqında təəssüratlarını bölüşdülər.Tədbir Dreamland Baku Golf Villas& Residences - də yerləşən villalara, qolf meydançasına tur ilə davam etdi. Daha sonra qeyri-rəsmi hissə başlayıb. Burada isə qonaqlar şam yeməyinə dəvət olunublar.Tədbirin təşkilatçısı Keepface DMCC şirkətidir. Dreamland Baku Golf Villas & Residences şirkəti tədbirin baş sponsoru və Bakcell şirkəti tədbirin rəsmi telekom tərəfdaşıdır. Tədbirin digər sponsorları Chelebi, Hooki Cafe, Az-Granata, Vitam və Trade Mark Leo Burnett Azerbaijan şirkətləridir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər