Azərbaycanda ərzaq və qeyri ərzaq malları bahalaşıb

Azərbaycanda ərzaq və qeyri ərzaq malları bahalaşıb
İqtisadiyyat 1179
2019-cu ilin yanvar-fevral aylarında ərzaq məhsulları və xidmətlər bahalaşıb.BAKU.WS Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, fevralda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz artıb.Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, meyvə-tərəvəzlərin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətləri yüksəlib.Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabıların, mebelin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma qeydə alınıb.Həmçinin, fevral ayında mənzillərin icarə haqqı, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri qalxıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə, 1,9 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymət...

4 İqtisadiyyat 17:54 11 yanvar 2019

Son xəbərlər