Azərbaycanda mobil operatorlar 4 ayda 281 milyon manat qazanıb

19
may
2018
16:18
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 569,9 milyon manatlıq xidmət göstərib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, göstərilən xidmətin 71,8 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.Xidmətlərdən əldə edilən gəlirin 49,3 faizi və ya 281 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.BAKU.WS

Oxşar xəbərlər
Bakıda əhaliyə 5 milyard manata yaxın məhsul satılıb
2018-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,2 faiz artaraq 4 milyard 713,0 milyon man...