Azərbaycanda iki nazirliyin xərclədikləri pulların yoxlanılmasına başlanıldı

Azərbaycanda iki nazirliyin xərclədikləri pulların yoxlanılmasına başlanıldı
İqtisadiyyat 1434

 

Dövlət büdcəsindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə tədbirlərə başlanılıb.

BAKU.WS-in məlumatına görə, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan tədbirlər zamanı Baş Prokurorluğun məktublarına və məhkəmə qərarlarına əsasən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də qurumlarında yoxlamalar başlanılıb.

Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin, Məlumat Hesablama Mərkəzinin, "Aztelekom”, "Azintelekom” və "Azərpoçt” məhdud məsuliyyətli cəmiyyətlərin və onların tabeliyində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması, habelə onlarla maliyyə təsərrüfat əlaqəsində olmuş təşkilatlarla qarşılıqlı üzləşmələrin aparılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi yoxlanılacaq. 

Bununla yanaşı, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi mövzusu üzrə nəzarət tədbirlərinə başlanılıb.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər