Azərbaycanda 18 milyon dollarlıq layihələr

Azərbaycanda 18 milyon dollarlıq layihələr
İqtisadiyyat 1508
2018-ci ildə Azərbaycan və BMT Tərəfdaşlıq barədə çərçivə sazişi çərçivəsində 18 milyon dollardan çox məbləğdə layihələr reallaşdırmağı planlaşdırır.BAKU.WS Trend agentliyinə istinadən xəbər verir ki, bunu saziş çərçivəsində yaradılmış idarəetmə komitəsinin iclasında Azərbaycan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.Onun sözlərinə görə, 2017-ci ildə bu sənəd çərçivəsində 16,5 milyon dollar məbləğində layihələr icra olunub.Nazir müavini xatırladıb ki, layihələrin ümumi məbləği 72 milyon dollar təşkil edir:“Bu platforma çərçivəsində 47 layihə reallaşdırılıb. Bunlar 3 sahəni əhatə edir: iqtisadiyyatın şaxələndirilməsi və layiqli əməyin təmin olunması; institusional potensialın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması; ekoloji problemlərlə bağlı risklərin qiymətləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi”.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Azərsu”ya 15 milyon manat ayrılıb

“Azərsu”ya 15 milyon manat ayrılıb

Prezident İlham Əliyev İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Su təchizatı və kanalizasiya sistemləri...

993 Siyasət 20:11 20 fevral 2018

Son xəbərlər