“Azəriqaz” ölkənin 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb

22
iyl
2019
10:21
Regionlarda qazlaşdırılma tədbirlərinin davam etdirilməsi məqsədilə Azərbaycanın dövlət büdcəsindən SOCAR-a 53,5 mln. manat vəsait ayrılıb.BAKU.WS SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu il “Azəriqaz” ölkənin 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb.Cari ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub.Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində mart-iyul aylarında qazlaşdırma tam başa çatıb və ümumilikdə 2 569 fərdi ev qazla təmin edilib.
Oxşar xəbərlər
ATV-dən çıxan aparıcıya vəzifə verildi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.BAKU.WS report-a istinadən xəbər verir ki, Birliyin baş direkto...
