"Azerenerji" ötən ili 307 mln. manatlıq zərərlə başa vurub

Azerenerji ötən ili 307 mln. manatlıq zərərlə başa vurub
İqtisadiyyat 389
Ötən ilin dekabrın 31-ə "Azərenerji" ASC-nin cəmi aktivləri 3 713 924 min manat təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 1,7% çoxdur.Bu barədə “Azərenerji”nin 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə mənfəət və ya zərər və digər məcmu mənfəət haqqında konsolidə edilmiş hesabatda deyilir.Hesabata əsasən, ötən il üzrə ASC-nin cəmi öhdəlikləri 2 527 840 min manat olub, bu da 2017-ci illə müqayisədə 4% azdır. "Azərenerji" ötən ili 307 335 min manat zərərlə bitirib, bu da 2017-ci il ilə müqayisədə 49% azdır. 2018-ci il ASC-nin gəlirləri 1 048 026 min manat olub ki (bunun da 1 045 470 min manatı enerji satışından əldə edilən gəlirdi), bu da 3,4%-lik artım deməkdir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər