"AzərEnerji" "ACWA Power" ilə "Xızı-Abşeron" KES-in enerjisistemə qoşulmasını müzakirə edib
"AzərEnerji" ASC və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının enerjisistemə qoşulması barədə fikir mübadiləsi aparılıb.
BAKU.WS "AzərEnerji"yə istinadən xəbər verir ki, fikir mübadiləsi səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev və "ACWA Power"in İdarə Heyətinin sədri Mohammad Abunayyan arasında keçirilən görüşdə baş tutub.
Bildirilib ki, görüş zamanı iki şirkət arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.
Bərpa olunan enerji mənbələrinin inkişafı, həmin güclərin enerjisistemə təhlükəsiz inteqrasiyası, enerjinin idarə edilməsi, batareya saxlanc sistemləri də daxil olmaqla yeni texnologiyaların tətbiqi görüş zamanı geniş müzakirə olunub.
Oxşar xəbərlər
Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb
Londonun ICE birjasında noyabr ayı üzrə tədarükü nəzərdə tutulan Brent markalı neft fyuçerslərinin qiyməti 3,5%-dən çox artaraq bir barel üçün 109 dollardan yux...