Azərbaycanın valyuta ehtiyatları 51 mlrd. dollara yaxınlaşıb
Pofisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 13,7% artaraq 50,9 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-i üstələyir.
BAKU.WS "APA-Economics"' istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb.
Cari ildə tarixdə ilk dəfə Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11% artaraq 6,2 mlrd. dolları üstələyib.
Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri (111 mlrd. dollar) öhdəlikləri (54 mlrd. dollar) 2 dəfədən çox üstələyir. Bu Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və kreditor rolunda çıxış etdiyini göstərir.
Oxşar xəbərlər
Mərkəzi Bankın valyuta ehtiyatları 7 faizdən çox artıb
2018-ci il sentyabrın sonunadək Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 367 milyon dollar (7,1 faiz) artaraq 5 534,5...