Azərbaycanın ticarət dövriyyəsi 21 milyard dolları üstələyib

Azərbaycanın ticarət dövriyyəsi 21 milyard dolları üstələyib
İqtisadiyyat 97

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 21 milyard 1,4 milyon ABŞ dolları dəyərində olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 25,7 faiz azalıb.

Ölkənin ixrac həcmi idxal həcmini üstələyib və 3 milyard 466,7 milyon ABŞ dolları həcmində müsbət xarici ticarət saldo yaranıb.

Azərbaycan müvafiq dövrü ərzində 12 milyard 234,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İxrac həcmi ötən ilin eyni dövrünə nisbətən 27,3 faiz azalıb.

2020-ci ilin ilk 10 ayında ölkəmiz 8 milyard 767,4 milyon ABŞ dolları həcmində məhsul idxal edib. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz azdır.

Azərbaycanla ticarət əməkdaşlığında 182 ölkə iştirak edib. Xarici ticarət iştirakçılarının ümumi sayı 39 096 olub. Eləcə də, xarici ticarət tərəfdaşlarının 31 min 441-i fiziki şəxslər, 7 min 655-i hüquqi şəxslər olub. O cümlədən, 248-i dövlət sektoru, 7 min 407-si özəl sektoru əhatə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ən yüksək maaş verən rayonların SİYAHISI

Ən yüksək maaş verən rayonların SİYAHISI

Ötən ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 189 nəfər və ya 2,76% artaraq 714 772 nəfər o...

3634 İqtisadiyyat 19:00 01 yanvar 2019

Son xəbərlər