Azərbaycandan Türkiyəyə qaz ixracı 16 faiz artıb
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ilin martında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi (EPDK) məlumat yayıb.
Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,584 milyard, Azərbaycandan 1,072 milyard, İrandan 850 milyon kubmetr təşkil edib.
Martda Rusiyadan Türkiyəyə qaz ixracı 563 faiz, İrandan isə 52,4 faiz artıb.
2021-ci ilin martında Türkiyə 4,506 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 1,32 milyard kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alıb.
Oxşar xəbərlər
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
2020-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz artıb. BAKU.WS trend-ə istinadən xəbər verir k...