Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq
19
avq
2019
14:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya rəhbərliyi fiziki şəxslər üçün sərhədindən meyvə və tərəvəz keçirilməsi ilə bağlı qaydaları sərtləşdirir.BAKU.WS TASS-a istinadən xəbər verir ki, Azərbaycan da daxil olmaqla, digər ölkələrdən Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq mümkün olmayacaq.Yeni qaydalara görə, gəmi, təyyarə, qatar və avtomobillə Rusiyaya gedən sərnişinlərin əl çantaları və yüklərində meyvə və tərəvəz, gül və bitki mənşəli məhsulların miqdarı sərhəd-keçid məntəqələrində Gömrük Federal Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq. Əgər adıçəkilən məhsulların miqdarı 5 kiloqramdan artıq olarsa, o zaman həmin vətəndaşdan fitosanitar sertifikat tələb olunacaq.Bundan başqa, Rusiyaya ancaq üç buket (hər buketdə 15 ədəd gül olmaqla) aparmaq mümkün olacaq. Yüklər bütün nəqliyyat növlərində yoxlanılacaq.
Oxşar xəbərlər
Tonlarla Azərbaycan pomidoru Rusiyaya buraxılmadı
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə burax...