Azərbaycanda yanvar ayında hasil olunan neftin həcmi məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ilin yanvar ayı ərzində ölkənin mədənçıxarma sektorunda xam neft (qaz kondensatı daxil olmaqla) hasilatı 3 milyon 80,6 min ton olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə xam neft hasilatı 3,9 faiz azalıb.
Əlavə olaraq magistral neft kəmərləri ilə 3 milyon 161,4 min ton neft nəql edilib. Nəqletmənin 79,4 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 milyon 509,3 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə 276,1 min ton tranzit nefti də nəql edilib.
Oxşar xəbərlər
“Köhnə dostluq”: SOCAR biznesinin istiqamətini genişləndirir
Dünya neft bazarındakı rolunu durmadan artıran Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni-yeni müqavilələr imzalayır, neft və neft məhsullarının tədarükçüsü və...