Azərbaycanda illik inflyasiya ötən illə müqayisədə 1 %-dən aşağı enib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.
BAKU.WS bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 %, qeyri-qida məhsulları üzrə 100,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102 % olub.
Bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 % təşkil edib.
Oxşar xəbərlər
Ölkədə bu məhsullar bahalaşıb
2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tü...